Loewe bild i.77 dr+ Manual De Uso página 467

Idiomas disponibles
  • ES

Idiomas disponibles

  • ESPAÑOL, página 90
Loewe bild i | İstifadəçi təlimatı
Texniki məlumatlar| İstehsalçının uyğunluq bəyannaməsi | Çıxış məlumatları
Texniki məlumatlar
OLED ekranı haqqında
Aldığınız OLED ekranlı televizor ən ciddi keyfiyyət
tələblərinə cavab verir və piksel xətaları ilə bağlı
sınaqdan keçirilib.
İstehsal prosesi maksimum dəqiqliklə aparılsa
da, texniki səbəblərdən heç bir subpiksel qü-
surunun baş verməyəcəyinə 100% zəmanət
vermək olmaz.
Nəzərə alın ki, bu cür təsirlər, standartda (ISO
9241-307, nasazlıq sinfi II) müəyyən edilmiş
hədd çərçivəsində olduğu təqdirdə, zəmanət
baxımından cihaz qüsuru hesab oluna bilməz.
Orqanik işıq diodları görüntü keyfiyyəti və per-
formans baxımından aşkar üstünlüklər təklif
edən, işıqsaçan piksellərə əsaslanan təsvir
texnologiyasıdır.
Müəyyən şərtlər altında, OLED materialı üzərində
davamlı, birtərəfli yüklənmə bərpaedilməz gö-
rüntü xətaları ilə nəticələnə bilər.
Statik təsvirlər, subtitrlər və ya qaçan sətirlər, dia-
şoular və ya videokadrların ardıcıllığı, təqdimat
monitoru kimi xidmət edən statik displeylər
və ya videooyunlar, bəzi ekran formatlarında
qara xəttlər kimi statik təsvir məzmunundan
uzun müddət istifadə edilməsi qalıq təsvir
problemlərinə səbəb ola bilər.
Bu qalıq təsvir problemləri zəmanət baxımından
qüsur hesab olunmur.
Bu cür problemləri minimuma endirmək üçün
"Loewe" təsvirin məzmununun tanınması üçün
Tətbiqlər
Telefonunuzla aşağıdakı QR-kodu skan etməklə
tövsiyə olunan tətbiqi yükləyə bilərsiniz.
"my Loewe" tətbiqi "Loewe"
dünyasına giriş nöqtəsidir və
sizə "Loewe" məhsulları üçün
bütün istifadəçi təlimatlarına
giriş imkanı verir.
xüsusi alqoritm hazırlayıb.
Statik təsvir çox uzun müddət göstərilərsə,
televizor avtomatik olaraq ekrana uyğun
kontrast rejiminə keçir. İstifadəçinin növbəti
əməliyyatından sonra cihaz dərhal normal
vəziyyətə qayıdır. Bundan əlavə, bir dəqiqə
tamam olduqdan sonra menyunun pəncərələri
tədricən kiçilir və ya şəffaf fonda əks olunur.
Adi baxış rejimində belə görüntü problemləri
yaranmır.
Ekranda təsvirin yüksək keyfiyyətini daim
saxlamaq üçün OLED "Loewe" televizorunuz
müntəzəm olaraq avtomatik olaraq kalibrlənir.
Televizoru pultdan söndürərkən, lazım olduqda,
kalibrləmə prosesi başlayır və maksimum otuz
dəqiqə davam edir. Bu müddət ərzində televizor
cərəyandan ayrılmamalıdır.
Kalibrləmə başa çatdıqdan sonra televizor
Gözləmə rejiminə keçir. Televizorun normal
işləməsi zamanı kalibrləmə baş vermir və bu
səbəbdən televizorun istifadəsinə heç bir mənfi
təsir göstərmir.
Televizoru söndürərkən onu cərəyandan
ayırmayın, əks halda avtomatik kalibrləmə
mümkün olmayacaq, nəticədə zaman keçdikcə
təsvirin keyfiyyəti aşağı düşəcək.
Qoşulmuş USB sərt diskləri haqqında
məlumat
İşlək vəziyyətdə olan televizorun şəbəkə
İstehsalçının uyğunluq
bəyannaməsi
Bununla, "Loewe Technology"
şirkəti bəyan edir ki, bu məhsul
Aİ-nin 2014/53 direktivinin əsas
tələblərinə və digər müvafiq
müddəalarına və Aİ-nin qüvvədə olan bütün
direktivlərə uyğundur.
Bu televizor aşağıdakı ölkələrdə 5150 - 5350
MHz tezlik diapazonunda yalnız daxili məkanlarda
istifadə edilə bilər: Belçika, Bolqarıstan,
Danimarka, Almaniya, Estoniya, Finlandiya,
Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Xorvatiya,
Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya,
Avstriya, Polşa, Portuqaliya, Rumıniya, İsveç,
Slovakiya, Sloveniya, İspaniya, Çexiya, Macarıstan,
Böyük Britaniya, Kipr.
Uyğunluq bəyannaməsinin tam mətni ilə
aşağıdakı ünvanda tanış ola bilərsiniz:
www.loewe.tv/int/support
WLAN – Güc/Tezlik diapazonu:
2400-2483,5 MHz və 5150-5725 MHz-də <100
mVt
Bluetooth – Güc/Tezlik diapazonu:
2,4 GHz-də <10 mVt
keçiricisindən söndürülməsi və ya enerji
təchizatının qəfil kəsilməsi (məsələn, elektrik ener-
jisi verilişində pozuntu) sərt diskin fayl sisteminə
zərər verə və bununla da, yazılmış yayımların
itirilməsinə səbəb ola bilər.
USB-diski heç vaxt kopyalama zamanı televi-
zordan ayırmayın. Cihazı şəbəkə keçiricisi ilə
söndürməzdən əvvəl onu gözləmə rejiminə
keçirməyi tövsiyə edirik.
"Loewe" televizorunuzun daxili sərt diskində hər
hansı məlumat itkisinə görə məsuliyyət daşımır.
Məlumat itkisinin qarşısını almaq üçün vacib
qeydləri xarici daşıyıcıya köçürməyi tövsiyə edirik.
Proqram təminatının yenilənməsi
"Loewe" veb-saytına (aşağıya baxın) keçin və
proqram təminatının ən son versiyalarını USB
fləş kartından istifadə edərək televizorunuza
quraşdırın.
Televizorunuz İnternetə qoşulubsa, onu birbaşa
İnternet vasitəsilə yeniləyə bilərsiniz.
Proqram təminatının yenilənməsi haqqında
ətraflı məlumatla "Loewe" saytından endirilə
bilən İstifadəçi təlimatında tanış ola bilərsiniz.
Uyğunluq
Şirkət "Loewe" modellərinin qoşula bilən bütün
periferiya qurğularına uyğunluğuna zəmanət
vermir.
Çıxış məlumatları
Loewe Technology GmbH
Industriestraße 11
D-96317 Kronach
www.loewe.tv
© Loewe Technology GmbH, Kronach
Bu sənəddəki məlumat xəbərdarlıq edilmədən
dəyişdirilə bilər və "Loewe Technology GmbH"
bunun üçün heç bir məsuliyyət daşımır.
Tərcümə, texniki dəyişikliklər və səhvlər daxil
olmaqla bütün hüquqlar qorunur.
107
loading