Loewe bild i | İstifadəçi təlimatı
Məsafədən idarəetmə pultunun hazır vəziyyətə gətirilməsi | Batareyaların daxil edilməsi və
ya dəyişdirilməsi | Televizorun qoşulması | "Klang bar i" səs panelinin qoşulması |
Antenaların qoşulması | Xarici cihazın HDMI kabeli ilə qoşulması
Məsafədən idarəetmə
pultunun hazır
vəziyyətə gətirilməsi
Batareya qoruyucusunun çıxarılması
Məsafədən idarəetmə pultu batareyalarla
birlikdə təqdim edilir. Onları istifadəyə hazır
vəziyyətə gətirmək üçün aşağıda göstərildiyi
kimi plastik dilciyi çıxarın.
Batareyaların daxil edilməsi
və ya dəyişdirilməsi
Pultun yuxarı hissəsindəki batareya bölməsinin
qapağını sürüşdürərək açın.
Yalnız qələvi-manqan (AAA) tipli sızması olmayan
batareyalardan istifadə edin. Müxtəlif növ ba-
tareyalardan istifadə etməyin və köhnə və yeni
batareyaları qarışdırmayın.
Batareyaları uşaqlardan uzaq saxlayın.
İstifadə olunmuş batareyalar həddindən artıq
istiyə - günəş şüalarına, yanğına və s. məruz
qalmamalıdır!
Qeyd: Batareyaların mövqeyi batareya
bölməsində (bir-birinə əks) göstərilir. Batareyaları
yerləşdirərkən + və polyarlığına diqqət yetirin.
Batareya kontaktlarına (yaylara) deyil, batareya
bölməsinin dibindəki təsviri əsas götürün.
İstifadə olunmuş batareyaları ətraf mühitin
mühafizəsi üzrə tələblərə uyğun şəkildə utili-
zasiya edin (Ətraf mühit/Hüquqi məlumatlar
bölməsinə baxın).
Batareyaları yerləşdirdikdən sonra qapağı
yerinə taxın.
96
Televizorun qoşulması
Xarici cihazları qoşmazdan əvvəl həm televi-
zorun, həm də cihazın cərəyandan ayrıldığına
əmin olun.
Televizorun konnektorları arxa qapağın altında
olur. Arxa qapağı açmaq onun aşağı və ya yuxarı
hissəsini çəkin. Hər iki hissə maqnitlə yapışır,
bu səbəbdən onları çıxarmaq üçün hər hansı
alətdən istifadə etməyə və ya vintləri açmağa
ehtiyac yoxdur.
Xarici cihazları bu daxili konnektorlara qoşarkən
əvvəlcə kabeli televizorun konnektoruna
taxın. Sonra daxili kabel sistemindən istifadə
edərək kabeli televizordan kənara çıxarın və
kabeli altlığın üzərindəki kəsikdən keçirin (əgər
komplektə daxil olan masaüstü altlıqdan istifadə
edirsinizsə).
Xarici cihazları televizora qoşduqdan sonra
arxa qapağı yerinə taxın.
"Klang bar i" səs pa-
nelinin qoşulması
"Klang bar i" səs paneli ayrıca karton qutuda,
ətraflı yığılma təlimatları ilə birlikdə təqdim
edilir. Səs panelini televizora quraşdırmaq
üçün bu təlimatlara riayət edin.
Antenaların qoşulması
Yerüstü / analoq kabel / DVB-T/T2/C HD
antenası:
Antenanın, kabel televiziyası sisteminin və ya
otaq antenasının kabelini ANT TV yuvasına
qoşun.
Əgər siz analoq kabelləri/DVB-C qoşulmanı
və DVB-T antenasını birlikdə istifadə etmək
istəyirsinizsə, xarici antena keçiricisindən istifadə
edin (dilerinizdən əldə edə bilərsiniz).
DVB-S/S2 HD peyk antenası:
Birləşdirici kabeli LNB-dən televizorun ANT SAT
yuvasına qoşun.
Cable
D
V
B
T -
analogue /
DVB-C
R
TV
ANT
ANT
TV
SAT
Xarici cihazın HDMI ka-
beli ilə qoşulması
HDMI (High Definition Multimedia Interface)
rəqəmsal video və audio siqnalların bir kabel
vasitəsilə pleyerdən (məsələn, DVD pleyer,
Blu-ray pleyeri, videokamera, STB dekoderi)
ötürülməsinə imkan verir.
Blu-ray player
HDMI
Cihazı A tipli konnektora malik HDMI kabeli
(komplektə daxil deyil) ilə televizorun HDMI
yuvalarından birinə qoşun. Televizorunuzun
imkanlarından tam istifadə etmək üçün üzərində
"Premium High-Speed HDMI Cable" yazısı olan
kabeldən və ya daha yüksək keyfiyyətli kabeldən
istifadə edin.
D
V
B
S -
TV set
HDMI1