12.9 İpin hərəkət mexanizmini
qurun (RME 545 V)
Texniki baxış intervalı:
Ehtiyaca əsasən
İpin gərginliyi düzgün qurulub.
Bu hallarda ipin sonradan tənzimlənməsi
lazımdır:
– hərəkət mexanizminin uzun zaman
istifadəsindən sonra fəaliyyətdə olan
hərəkət mexanizminin dəstəyi (dartma
diski) qaydaya uyğun qurulmazsa.
– hərəkət mexanizmi davamlı yanılı
qalarsa. – Bu o deməkdir ki, hərəkət
mexanizminin dəstəyi işə salınmadıqda
belə, cihazın yandırılması zamanı ot
biçən istər-istəməz hərəkətə gəlir.
Zədələnmə təhlükəsi!
Cihazla işləyərkən hərəkət
mexanizminin ipi qaydaya əsasən
quraşdırılmalıdır. Ehtiyac olarsa,
distribyutora müraciət edin. STIHL,
STIHL distribyutorlarını tövsiyə edir.
İpin gərginliyinə nəzarət edin:
● Elektrik motorunu dərhal söndürün və
şəbəkədən ayırın.
● Hərəkət mexanizmi dəstəyini işə salın
və ot biçəni eyni zamanda geriyə dartın.
Təqribən qaldırma yolunun üçdə birində
mexanizmin çarxları bloklanmalıdır.
İpin tənzimlənməsi:
● Quraşdırma vintinin (1) sükanın yuxarı
hissəsində sola "+" istiqamətində
fırladılması zamanı ipin gərginliyi artır,
"–" istiqamətində fırladılma zamanı
gərginlik azalır.
0478 121 9910 A - AZ
12.10 Anbarda saxlama (qış fasiləsi)
23
Cihazı quru, bağlı və tozsuz yerdə
saxlayın. Cihazın uşaqlardan kənar yerdə
saxlanmasına əmin olun.
Ot biçəni istifadəyə yararlı vəziyyətdə
anbarlayın, lazım gələrsə sükanı qatlayın.
Bütün boltları, qaykaları və vintləri
bərkidin, cihazın üzərindəki bütün
oxunmaz təhlükə və xəbərdarlıq
göstərişlərini yeniləyin, bütün maşını
yeyilmə və ya zədələrə qarşı yoxlayın.
Yeyilmiş və ya zədələnmiş hissələri
dəyişin.
Cihazın üzərindəki bütün pozuntuları
anbarlamadan əvvəl kənarlaşdırın.
Ot biçəni sakit vəziyyətdə uzun müddət
saxlayarkən (qış fasiləsi) aşağıdakı
maddələrə diqqət yetirin:
● Cihazın bütün xarici hissələrini ehtiyatla
təmizləyin.
● Bütün hərəkətli hissələri yaxşı yağlayın,
o cümlədən qatı yağ vurun.
13. Nəql
13.1 Nəqletmə
Yaralanma təhlükəsi!
Nəql etməmişdən əvvəl "Sizin
təhlükəsizliyinizə dair" hissəsindəki
göstərişlərə diqqət yetirin. (
Nəql zamanı hər zaman müvafiq
təhlükəsizlik geyimi geyinin
(Təhlükəsizlik ayaqqabıları, bərk
əlcəklər).
Qaldırmamışdan və nəql
etməmişdən əvvəl həmişə
şəbəkədən ayırın.
Cihazın daşınması:
● Cihazı yalnız tutacaqdan (1) və
sükandan (2) tutaraq qaldırın.
Hər zaman bədən, xüsusilə əl və ayaqla
biçmə bıçağı arasında olan məsafəyə
diqqət yetirin.
Cihazın bərkidilməsi:
● Cihaz yükləmə hissəsinə kifayət
qədər bərkliyə malik vasitələrlə
bərkidin və 4 çarx üzərində dayanan
şəkildə nəql edin.
● İpi və ya kəməri korpusun yuxarı
hissəsinə (3) bərkidin.
4.)
24
25
453