Panasonic TY-EW3D3LE Instrucciones De Operación página 197

Tabla de contenido
Azәrbaycan üçün zәmanәt şәrtlәri
Panasonic Corporation kompaniyası Azәrbaycan Respublikasına
göndәrdiyi bütün spectr mәhsullara 1 (bir) illik idxal edilәn istehsalçı
qarantiyası tәqdim edir.
Bu zәmanәt istehsalçı tәrәfindәn istehlakçıların konstitusiya vә digәr
hüquqlarına әlavә kimi verilir vә heç bir halda onların hüquqlarını
mәhdudlaşdırmır.
Zәmanәt aşağıda göstәrilәn şәrtlәrә riayәt olunduğu halda, malın
hissәlәrinin vә yaxud quraşdırılmasının nasazlığı askara çıxarsa etibarlı
sayılır.
1. Mal yalnız Azәrbaycan Respublikasının әrazisindә alınmalıdır,
tәhlükәsizlik tәlәblәrinә, texniki standartlara vә tәlimatlara müvafiq
olaraq istismar olunmalıdır. Azәrbaycan Respublikasının әrazisindә
istismarı nәzәrdә tutulan rәsmi modellәrin siyahısı http://service.
panasonic.ru internet sәhifәsindә yerlәşdirilib.
2. Malın nasazlığı növbәti hadisәlәr baş verdiyi halda yaranarsa hәmin
zәmanәt qüvvәsini itirәcәk: yanğın, ildırım vә digәr tәbii hallar,
mayenin malın içinә daxil olması, mexaniki zәdә, yararsız istismar, o
cümlәdәn istismar qaydalarında göstrilәn elektrik enerjisinә zidd olan
enerjinin tәtbiq olunması, dağılma, sәhlәnkar istifadә, malın içinә
kәnar әşyaların vә hәşәratların daxil olması, sertifikatı olmayan kәnar
şәxslәr tәrәfindәn tәmirin aparılması, texniki şәrtlәrin vә tәhlükәsizlik
tәlәblәrinin pozulmasıyla hәyata keçirilәn quraşdırma, adaptasiya,
modifikasiya vә istismar.
3. Zәmanәt müddәti әrzindә malın hissәsi vә yaxud hissәlәri istehsalçı
tәrәfindәn tәsdiq vә tәchiz edilmәyәn, lazımi keyfiyyәti olmayan, mal
üçün yararsız digәr hissә vә yaxud hissәlәrlә әvәz edilәrsә, istehlakçı
zәmanәt üzrә bütün hüquqlarını itirir.
4. Bu zәmanәt program tәminatına, korpusa, lampalara, batareyalara
vә akkumulyatorlara, adapter iynәlәrinә, antennalara, kabellәrә,
qoruyucu ekranlara, zibil qablarına, torlara vә bıçaqlara, filtrlәrә,
şotkalara, kartriclәrә, vә digәr qısa müddәtli istismar dövrünә malik
hissәlәrә şamil olunmur.
Quraşdırma vә qoşulma
Alınmış malın quraşdırma edilmәsi üçün vә texnikanın normal
istismarının tәmin olunması üçün Siz servis mәrkәzlәrinin vә sәlahiyyәtli
tәşkilatların mütәxәssislәrinin pullu xidmәtlәrindәn istifadә edә bilәrsiniz.
Bu zәmanәt üzrә öhdәliklәr Azәrbaycan Respublikasının әrazisindә
yerlәşәn servis mәrkәzlәri tәrәfindәn hәyata keçirilir. Servis
Mәrkәzlәrinin siyahısını Panasonic Mәlumat Mәrkәzindәn, aşağıdakı
nömrә vә yaxud internet sәhifәsi vasitәsilә әldә edә bilәrsiniz
8-800-200-21-00/http://service.panasonic.ru
Aksessuarlar vә sәrfiyyat materialları haqqında mәlumat http:/www.
panasoniceplaza.ru
Tәmirin gedişatı haqqında mәlumatı "Tәmirlәrin Mәlumat Sistemi"
ndәn http:/service.panasonic.ru/RepairSystem sәhifәsindәn әldә edә
bilәrsiniz.
6
Tabla de contenido
loading

Este manual también es adecuado para:

Ty-ew3d3meTy-ew3d3se

Tabla de contenido